İqita: 1/4 finalda Çexiya və ya Azərbaycanla qarşılaşmaq daha yaxşı olardı
7 fevral 2016 18:00
Futzal üzrə Qazaxıstan yığmasının qapıçısı İqita Serbiyanın paytaxtı Belqradda keçirilən AÇ-2016-nın 1/4 finalında qarşılaşmaq ehtimalı olan kmandalar barədə danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Avropa çempionatı rəqib seçmək üçün yer deyil. Burada qitənin 12 ən güclü komandası mübarizə aparır. Amma mümkün variantlara baxsaq, təbii ki, İtaliya ilə oynamaq istəmərik. Ən yaxşısı ya Azərbaycan, ya da Çexiya ilə oynamaqdır. Amma heç bir sensasiya baş verməsə, biz 1/4 finalda məhz son Avropa çempionu ilə qarşılaşacağıq".