Vüqar Mustafayev: İnterlə oyunumuzla müqayisədə Sumqayıtla matç daha çətin oldu
7 fevral 2016 15:00
"Zirə"nin yarımmüdafiəçisi Vüqar Mustafayev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Sumqayıt" üzərində qazandıqları qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu oyun "İnter"ə qarşı keçirdiyimiz əvvəlki matçdan daha çətin oldu. Oyunçular kiçik səhvlərə yol verirdilər. Rəqibin də qol vurmaq üçün şansı oldu. Onlar 10 nəfərlə qalandan sonra hücuma atıldılar. Amma biz rəqibin müdafiə xəttindəki səhvlərdən yararlana bildik. Qələbə qazandığımıza görə şadam".