AÇ-2016-nın dörd 1/4 finalçısı bəllidir
7 fevral 2016 14:30
Serbiyanın paytaxtı Belqradda təşkil olunan Avropa çempionatının final mərhələsində 1/4 finala çıxan dörd komandanın adı bəllidir. Azerisport.az xəbər verir ki, artıq turnirə ev sahibliyi edən Serbiya, eləcə də Ukrayna, Portuqaliya və İspaniya yığmaları növbəti mərhələyə yüksəlib.
1/4 finalda Serbiya Ukrayna ilə, Portuqaliya isə İspaniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığması da AÇ-də 1/4 finala çıxmağa yaxındır. Millimizin taleyi bu gün keçiriləcək Çexiya - İtaliya oyununun nəticəsindən asılıdır.