Dadaşovun komandası yeni ilə 1 xalla başladı
7 fevral 2016 12:00
Almaniyanın Şimal-Şərq Regional Liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda yeni ildəki ilk rəsmi oyununda səfərdə "BFC Dinamo" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Rüfət bu matça start heyətdə başlayıb və sonadək meydanda olub.
Qeyd edək ki, Dadaşovun komandası 6 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.