Erat yenə qol vurdu, Fortuna qalib gəldi
7 fevral 2016 11:30
Almaniya Qərb Regional Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb.
Düsseldorf təmsilçisinin ikinci komandası səfərdə "Köln II" ilə qarşılaşıb. Görüş futbolçumuzun komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat görüşün 91-ci dəqiqəsində əvəzlənib. Oyunda vurulan qollardan birinin də müəllifi də məhz Erat olub. O, 85-ci dəqiqədə komandasının ikinci qolunu vurub.
Qeyd edək ki, Toğrulun komandası hazırda 31 xalla 19 klub arasında 7-ci pillədə qərarlaşıb.