Emil Balayevsiz Ayntraxt ev oyununda uduzdu
7 fevral 2016 11:00
Almaniya Bundesliqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Frankfurt təmsilçisi doğma meydanda "Ştutqart"la qarşılaşıb. Matç futbolçumuzun komandasının məğlubiyyəti ilə başa çatıb - 2:4. Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Ayntraxt" hazırda 21 xalla 14-cü pillədə qərarlaşıb.