Rəşad Sadıqov: Bizim üçün çətin oyun oldu
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim üçün çox çətin oyun oldu. Birinci növbədə rəqibi təbrik etmək istərdim. Klubdakı bütün problemlərə baxmayaraq, gənc futbolçular yaxşı mübarizə apardılar, bizə problem yaratdılar. Eyni zamanda biz də ələ düşən qol şanslarından yararlana bilmirdik. Bu üzdən də bir az gərginlik olurdu. Amma sonradan hesabı açmağa və vəziyyəti düzəltməyə nail olduq. Hər bir komanda kimi, biz də xal itkisindən sığortalanmamışıq. Qarşıda "Kəpəz"lə oyunumuz var. Gəncədəki oyun çətin olacaq. Həm də oradakı stadionun qazonu yaxşı vəziyyətdə deyil. Bu da oyuna təsirsiz ötüşməyəcək". (CBC)