Xaqani Məmmədov: Hakim hər iki qırmızı vərəqə epizodunda haqlı idi
6 fevral 2016 00:25
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilmiş "Neftçi" - "Rəvan" matçında (1:1) Elvin Əsgərovun hakimliyini şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Hakim iki qırmızı vərəqə göstərməkdə haqlı idi. Hər iki halda oyunçuları meydandan qovmaq lazım idi ("Neftçi"dən Jayro, "Rəvan"dan Həmid - red.). Orxan Məmmədova gəlincə, o, "Rəvan" - "Sumqayıt" matçındakı idarəçiliyinə görə cəzalıdır (3:3). Onun nə vaxt qayıdacağını deyə bilmərəm".