Ramiz Çovdarov: Çexlərə qalib gəlməkdən başqa çıxış yolumuz yoxdur
5 fevral 2016 15:40
Futzal üzrə Azərbaycan yığmasının üzvü Ramiz Çovdarov AÇ-2016-nın final mərhələsi çərçivəsində Çexiyaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çexiyaya qalib gəlməliyik. Bu görüşə hazıram və ancaq qələbə barədə düşünürəm. Hesabın necə olacağını bilmirəm. Bircə onu bilirəm ki, qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdur. İtaliya ilə oyuna (0:3) gəlincə, onlara qarşı oynamaq çətin idi. Bizim qol şanslarımız olsa da, yararlana bilmədik. Rövşən Hüseynli qapıda yaxşı təsir bağışladı, komandanı daha böyük hesablı məğlubiyyətdən xilas etdi".