Pavel Paşayev İnterə qarşı oynamaya bilər
5 fevral 2016 15:20
"Qəbələ"nin yeni transferi Pavel Paşayev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "İnter"ə qarşı oyunda meydana çıxmaya bilər. Azerisport.az xəbər verir ki, buna səbəb futbolçunun Peşəkar Futbol Liqasında hələ də qeydiyyatdan keçməməsidir.
Çünki Paşayevin transferinə görə Ukrayna Futbol Federasiyasından buna dair razılıq məktubu gəlməlidir. Lakin onun azad agent statusu daşımaması "Qəbələ"nin yeni transferini sifariş etməsinə problem yaradır.
Buna baxmayaraq, futbolçu sabah "Qəbələ" ilə müqavilə imzalayacaq. Müqavilənin müddəti mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, "İnter"lə "Qəbələ" fevralın 7-də qarşılaşacaq.