Elşən Rzazadə: Bu gün Neftçidə debüt edə bilərəm
5 fevral 2016 15:00
"Neftçi"nin yeni transferi Elşən Rzazadə bəyan edib ki, Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacaqları "Rəvan"la oyunda debüt matçına çıxa bilər. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün "Neftçi"də debüt edə bilərəm. Əsgər Abdullayevdən şans gözləyirəm. Düzünü deyim ki, həyəcanlıyam. Mənə elə gəlir ki, bu gün qələbə qazanacağıq. Komandada atmosfer yaxşıdır".