Serblər Amil Yunanova əvəz tapdılar
5 fevral 2016 13:40
Serbiyanın "Radniçki" klubu "Sumqayıt"ın hücumçusu Amil Yunanovu heyətinə qatmaq istəyinə çatmayıb. Azerisport.az xəbər verir ki, sumqayıtlılar perspektivli hücumçunu sözügedən ölkəyə buraxmaqdan imtina ediblər.
"Radniçki" artıq Yunanovun əvəzində başqa hücumçu da transfer edib. Bu üzdən də Amili heyətinə qatmaq istəyindən əl çəkib.