Sumqayıt Zirə ilə oyuna ciddi itkilərlə çıxa bilər
5 fevral 2016 13:20
"Sumqayıt" Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində qarşılaşacağı "Zirə" ilə oyun öncəsi heyətlə bağlı ciddi problemlərlə üzləşib. Azerisport.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komandadasarı vərəqə limitini aşan Aleksandr Çertoqanov, Vurğun Hüseynov və Ağabala Ramazanov oyunu buraxmalı olacaq.
Onlarla yanaşı, Vaqif Cavadovla Cəmil Hacıyevin də qarşıdakı görüşdə iştirakı sual altındadır. Hər iki futbolçunun zədəsi var.