Tomas Noymann: Azərbaycan ilə oyunda ancaq qələbə barədə düşünəcəyik
Futzal üzrə Çexiya yığmasının baş məşqçisi Tomas Noymann AÇ-2016-nın final mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
- Azərbaycanlılar bizə qarşı cəsarətsiz oynamayacaqlar. Amma biz ancaq qələbə barədə düşünəcəyəik.
- Sonuncu dəfə bu iki komanda AÇ-2010-da qarşılaşmışdı. Azərbaycanlılara qrupda 1:6 uduzduğunuz halda, sonda AÇ-nin bürünc medalını qazanmışdı.
- Məğlubiyyətdən sonra biz daha da hirsli idik. Nəticədə, komandamız sonrakı görüşlərdə güzəştə getmədi və sonra bürünc medallara sahib çıxdıq. Bunu yenidən təkrarlamağımız heç də təəccüblü olmazdı.
- Azərbaycan yığmasının heyətində kimi qeyd edərdiniz?
- Onların braziliyalılarını. Onların hər biri həm fərdi cəhətdən, həm də komanda olaraq yaxşı təsir bağışlayırlar. Çox yaxşı hazırlıqlıdırlar. Amma bu, bizim qələbəyə oynamağımıza mane olmayacaq.
- Rəqibin ilk oyununda İtaliyaya 0:3 hesabıyla uduzması onların oyununa nə dərəcədə təsir göstərəcək?
- Müəyyən fikir yürütmək çətindir. Nəzərə almaq lazımdır ki, onlar həmin oyun zamanı yorğun olacaqlar, ya yox. Hər şeyi cümə günü görəcəyik.