Millimiz İtaliyaya yenə böyük hesabla uduzdu
Futzal üzrə Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda təşkil olunan Avropa çempionatının final mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Tino Peresin rəhbərlik etdiyi komandamız startda son Avropa çempionu İtaliya ilə üz-üzə gəlib.
Təəssüf ki, ötən AÇ-də olduğu kimi, yığmamız bu dəfə də italyanlara böyük hesabla uduzublar. Sadəcə, ötən qitə birinciliyində 7 cavabsız qola üzülən futzalçılarımız bu dəfə 0:3 hesablı məğlubiyyətlə barışmalı olublar.
Millimizin qrupdakı digər rəqibi isə Çex Respublikasıdır. Bu komanda ilə görüş fevralın 5-dən 6-na keçən gecə baş tutacaq.
AÇ-2016
D qrupu
3 fevral
İtaliya - Azərbaycan - 3:0 (1:0)
Qol: A.Merlim, 20 (1:0). A.Merlim, 21 (2:0). Qyasson, 29 (3:0).
Sarı vərəqə: Amadeu, 10. Romano, 10. Amadeu, 19. F.D.Araujo, 23. Rafael, 29.
Qırmızı vərəqə: Amadeu, 19.
Belqrad. "Belqrad Arena".
Hakimlər: Mark Birkett (İngiltərə), Oleq İvanov (Ukrayna).
İtaliya: 1. Mammarella, 2. Erkolessi, 4. Qabriel Lima (k), 10. Aleks Merlim, 9. Fortino.
Ehtiyat oyunçular: 12. Miarelli, 4. Romano, 5. Leccyero, 13. Qyasson, 15. Murilo, 6. Honorio, 7. De Luka, 8. Patias, 11. Canal.
Baş məşqçi: Roberto Meniçelli.
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo, 15. Rafael, 9. Auqusto, 10. Amadeu.
Ehtiyat oyunçular: 19. Elnur Zamanov, 3. Zeynal Zeynalov, 8. Rizvan Fərzəliyev (k), 2. Samir Həməzəyev, 4. Ramiz Çovdarov, 5. Fineo de Araujo, 14. Vitali Borisov, 16. Xətai Bağırov, 18. Sergey Çuykov.
Baş məşqçi: Tino Peres.