Kamal Quliyev: Sumqayıtla oyunda sürpriz etməyə çalışacağıq
2 dekabr 2015 00:20
"Neftçala"nın baş məşqçisi Kamal Quliyev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, bizim üçün yaxşı imtahandır. Bu turnirdə itiriləsi heç nəyimiz yoxdur. Heç kim qarşımıza nəyisə qazanmaq hədəfi qoymayıb. Bizim üçün hər şeydən vacib olan birinci divizionun qalibi olmaqdır. Amma təbii ki, kubokda uğurlu çıxış etmək də prestij baxımından bizim üçün vacibdir. Futbol sürprizlər oyunudur. Biz də sürpriz edə bilərik. Oynayacağıq. Necə olacağını isə matç göstərəcək".