Fotoreportaj|Video|На русском

Futbol

Azərbaycan Kubokunda 1/8 final həyəcanı

2 dekabr 2015 00:10

Bu gün və sabah Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, iki gün ərzində 8 cütdə qalib müəyyənləşəcək.

İlk oyun günündə altı görüş baş tutacaq. 1/8 final mərhələsinə Tovuz və Neftçaladakı oyunlarla start veriləcək. Tovuzda yerli "Turan Tovuz" elita təmsilçisi "İnter"i, Neftçalada isə şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Hər iki cüt ilk dəfə ölkə kubokunda üz-üzə gələcək. Premyer Liqada çıxış edən komandaları birinci divizion klubları ilə dueldə favorit saymaq olar. Amma aşağı dəstədə lider olan və elitaya çıxmağa əsas namizədlərdən hesab edilən "Neftçala" "Sumqayıt"a asanlıqla təslim olmayacaq və sürprizə imza atmağa çalışacaq. Neftçalalılar kimi, doğma meydanda çıxış edəcək tovuzlulardan da sürpriz gözləmək olar.

Daha sonra iki Premyer Liqa klubu AZAL ilə "Zirə" qarşılaşacaq. Bu komandalar da kubokda ilk dəfə üz-üzə gələcəklər. Çempionatda daha yaxşı çıxış edən zirəlilər bu cütün favoriti sayıla bilər. Amma şüvəlanlılar da bir oyundan ibarət kubok mücadiləsində var gücünü ortaya qoymaqla mərhələ adlamaq şansına malikdir.

"Xəzər Lənkəran"la "Kəpəz"in də duelinə böyük maraq var. Elita təmsilçiləri münasibətlərinə Lənkəranda aydınlıq gətirəcəklər. Kubokda ilk dəfə üz-üzə gələn tərəflərin duelində gəncəlilər favoritdir. Hər halda Şahin Diniyevin komandası cari mövsümdə rəqibi ilə müqayisədə daha inamlı çıxışı ilə seçilir. Lənkəranlılar isə ciddi maliyyə problemləri azmış kimi, heyətlə də bağlı sıxıntılardan əziyyət çəkirlər. Baxmayaraq ki, doğma meydan amili məhz cənub təmsilçisinin tərəfindədir.

Azərbaycan çempionatlarının daimi iştirakçıları olan "Qarabağ"la "Neftçi"ni də birinci divizion klubları ilə duel gözləyir. Ağdam klubu "Şəmkir"i, paytaxt təmsilçisi isə "Qaradağ Lökbatan"ı qəbul edəcək. “Qarabağ” “Şəmkir”lə ölkə kubokunda əvvəllər 7 dəfə qarşılaşıb ki, həmin oyunların 3-də qalib, 3-də də uduzub. Bir dəfə heç-heçəyə razılaşan tərəflərin duellərində yalnız top fərqi (10:7) "Qarabağ"ın xeyrinədir. 12 ildən sonra kubokda yolları kəsişən əyalət klubları 5-ci dəfə üz-üzə gəlir. 7 oyundan ibarət 4 əvvəlki duelin 1-də “Şəmkir”, 2-də “Qarabağ” mərhələ keçibsə, yarışın biri yarımçıq dayanıb. Son 3 qarşılaşmada şəmkirlilər qalib gəlib. Amma bu dəfə Ağdam klubunun aşkar favorit olduğu şübhəsizdir.

"Neftçi” ilə “Qaradağ Lökbatan” da kubokda ilk dəfə üz-üzə gəlmir. Əvvəlki mövsümlərdə baş tutmuş 3 oyunun hamısında "Neftçi" sevinən tərəf olub. Top fərqində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 10:0. Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə “Qaradağ Lökbatan” 1/8 finalda “Neftçi” ilə qarşılaşacaq. “Ağ-qaralar”ın əvvəlki 3 oyunda qol buraxmadan qalib gəldiyini nəzərə alsaq, bu dəfə də birinci divizion təmsilçisinin hansısa şansının olmadığını əminliklə söyləmək olar.

Son oyun günündə isə iki görüş keçiriləcək. Öncə “Qəbələ” birinci divizion klubu “Mil-Muğan”ı qəbul edəcək. 2 ildən sonra yenidən 1/8 finalda qarşılaşan komandaların yeganə duelində Premyer Liqa təmsilçisi qalib gəlib. Lakin həmin görüşdə hər iki komanda qol sevinci yaşayıb. Elə bu dəfə də "Qəbələ"nin mərhələ adlayacağına demək olar ki, şübhə edən yoxdur.

1/8 final mərhələsinə “Rəvan” - “Bakı” oyunu ilə yekun vurulacaq. 3-cü dəfə üz-üzə gələn paytaxt təmsilçilərinin əvvəlki duellərinin taleyi penaltilər seriyasında həll olunub. Hərəyə 1 dəfə qalib gələn rəqiblərin oyunlarındakı balansda da tarazlıqdır. Amma bu dəfə "Rəvan"ın heyət baxımından daha zəif olan və birinci divizionda çıxış edən "zolaqlıar"ı keçməsi daha inandırıcı görünür.

Azərbaycan Kuboku
1/8 final

2 dekabr (çərşənbə)

14:00. “Turan Tovuz” - “İnter”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Vüqar Bayramov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tovuz şəhər stadionu.

14:00. “Neftçala” - “Sumqayıt”
Hakimlər: Ramil Diniyev, İsgəndər Əliyev, Nahid Əliyev, Xəlil Xəlilov.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Füzuli Nəcəfov
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu.

15:00. AZAL - “Zirə”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. “AZAL Arena”.

17:00. “Xəzər Lənkəran” - “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mehman Mahmudov, Etibar Həsənov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Vüsal Əliyev
“Xəzər Lənkəran” mərkəzi stadionu.

18:00. “Neftçi” - “Qaradağ-Lökbatan”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Rahil Ramazanov, Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Bakcell Arena”.

18:00. “Qarabağ” - “Şəmkir”
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Azər Əsgərov, Alik Yunusov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.

3 dekabr (cümə axşamı)

17:00. “Qəbələ" - "Mil-Muğan”
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu.

20:00. “Rəvan” - “Bakı”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Rövşən Əhmədov
“Bayıl Arena”.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah