Zaur Svanadze: İnterin səhv etməyə ixtiyarı yoxdur, mərhələ adlamalıyıq
1 dekabr 2015 18:40
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Turan Tovuz"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada atmosfer normaldır. Bu görüş öncəsi heyətdə iki itkimiz var. Müxtəlif səbəblərdən Xizanişvili ilə Martinsin xidmətindən yararlana bilməyəcəyik. Kubok görüşündə hər şeyə bir oyunda aydınlıq gəldiyindən, səhv etməyə ixtiyarımız yoxdur. Ümid edirəm ki, növbəti mərhələyə adlaya biləcəyik. Bunun üçün maksimum səfərbər olmuşuq".