"Turan Tovuzun büdcəsi yarım milyondan azdır"
Birinci divizionda çıxış edən "Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayev klubun qarşıdakı planlarından və indiki durumundan söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu ilin avqust ayından "Turan Tovuz"un Müşahidə Şurasının rəhbəriyəm. AFFA bizə hər cür dəstək nümayiş etdirir. Tovuz rayon icra hakimiyyəti də bizi diqqətdən kənarda qoymur. Komanda hazırda birinci divizionun turnir cədvəlində orta sıralarda qərarlaşıb. Buna baxmayaraq, qarşımıza Premyer Liqaya vəsiqə qazanmaq hədəfini qoymuşuq. Yaxşı komandamız var. Uşaq futbolunu da inkişaf etdiririk. Ev oyunlarımıza 2000 azarkeş gəlir. Məşqlərimizi də izləyənlər olur. Açıq deyəcəyəm ki, büdcəmiz elə də böyük deyil. Dəqiq rəqəm deməyəcəm, amma yarım milyon manatdan azdır".