Neftçi - Qaradağ Lökbatan oyununun biletləri satışa çıxarıldı
1 dekabr 2015 13:45
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Qaradağ Lökbatan” oyununun biletləri bu gün satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Dekabrın 2-də “Bakcell Arena”da keçiriləcək və saat 18:00-da başlanacaq oyun üçün biletlərin qiyməti 1 AZN, VİP yerlər üçün 10 AZN-dir.