Samir Zərgərov da Qəbələdə 100-ü keçdi
1 dekabr 2015 12:15
Topaz Premyer Liqasının 14-cü turunun "Rəvan"la oyunu "Qəbələ"nin yarımmüdafiəçisi Samir Zərgərov üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, o, Dodo, Viktor Mendi və Ürfan Abbasovun ardından "Qəbələ" forması ilə yüzdən artıq oyun keçirən 4-cü futbolçu olub.
Bu münasibətlə ona "Qəbələ" - "Rəvan" matçından öncə xatirə hədiyyəsi təqdim edilib.