Nazarovsuz Karlsrue doğma meydanda uduzdu
1 dekabr 2015 01:30
Almaniya ikinci Bundesliqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "RasenBallsport Leypsiq"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib. Ötən oyunda qırmızı vərəqə ilə meydandan qovulan Nazarov bu görüşü buraxmalı olub.
Qeyd edək ki, "Karlsrue" hazırda 19 xalla 18 klub arasında 11-ci pillədə qərarlaşıb.