Millimizin qapıçısı Rusiya klublarından birinə keçə bilər
1 dekabr 2015 00:20
Azərbaycan yığmasının və "Sumqayıt"ın qapıçısı Şahruddin Məhəmmədəliyev karyerasını Rusiyada davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onunla Rusiya klublarını maraqlandığı bildirilir.
Ruslar onun çıxışını gənclərdən ibarət yığmamızın AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Almaniya (1:3) və Rusiyaya (3:0) qarşı keçirdiyi oyunlarda bəyəniblər. Xüsusilə Rusiya birinci divizion klublarının qış fasiləsində "Sumqayıt"la və qapıçının özü ilə danışıqlara başlaması istisna edilmir.