PAOK 3 xalı 3 qolla qazandı
1 dekabr 2015 00:10
Yunanıstan çempionatında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - PAOK da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Kalloni" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
Qeyd edək ki, PAOK geridə qalan turlarda topladığı 19 xalla 6-cı pillədə qərarlaşıb.