"Hədəfimiz Neftçini məğlub edib, 1/4 finala çıxmaqdır"
Birinci divizionda çıxış edən "Qaradağ Lökbatan"ın baş prezidenti Tahir Mustafayev Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi hansı komanda ilə oyun gözlədiyini yaxşı başa düşürük. Premyer Liqada çıxış edən, legionerləri olan rəqiblə qarşılaşacağıq. Onlar səviyyəcə bizdən üstündürlər. Buna baxmayaraq, komandamızın qarşısında qələbə qazanıb, mərhələ adlamaq hədəfi durur. Səviyyə fərqi nə qədər olsa da, bu oyuna kim daha yaxşı hazırlaşacaqsa, o da qələbə qazanacaq. Komandama yuxarıdan aşağı baxılmasını istəməzdim. Yaxşı komandamız var. Birinci divizionda ikinci yerdə gedirik. Bizə layiqli rəqib kimi hörmət göstərmələrini istərdim".