Andreas Qrankvist: Bakıda qazanacağımız qələbə bizi qrup birincisi edə bilər
30 noyabr 2015 17:00
Rusiyanın "Krasnodar" klubunun kapitanı Andreas Qrankvist bəyan edib ki, Avropa Liqasının qrup mərhələsinin son turunda "Qəbələ" ilə səfər oyununda da qələbə qazanıb, birinci yeri tutmaq istəyirlər. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində bunları qeyd edib:
"Hazırda klubumuz tarixinin vacib dövrünü yaşayır. Bu il üçün üç oyunumuz qalıb - "Rostov", "Kuban" və "Qəbələ"yə qarşı. İlk iki oyun bizim üçün derbidir. Onlar bizim üçün çox vacibdir. Amma Azərbaycanda qazanacağımız qələbə də bizi qrupda birinci edə bilər".