Milli komandamızdan 10 qolluq qələbə
30 noyabr 2015 15:45
Dünya çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılan milli 10:1 hesabı ilə qələbə qazanıb.
Edu, Auqusto və Rafael dubl edib. Hərəyə 1 dəfə Vitali Borisov, Amadeu, Andre de Kampos və Ramiz Çovdarov fərqlənib.