Fotoreportaj|Video|На русском

Futbol

Patrisiya Qonzales: Qrup oyunlarının Bakıda keçirilməsi bizə kömək ola bilər

30 noyabr 2015 15:15

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Qonzales AFFA-nın saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Maltada təlim-məşq toplanışı və 2 yoxlama oyunu keçirdiniz. Oyunlarla bağlı fikrinizi bilmək istərdik...
- Nəzərə almaq lazımdır ki, biz Maltanın qadınlardan ibarət A milli komandası ilə qarşılaşdıq. Təbii ki, yaşca böyük futbolçulardan ibarət komanda ilə qarşılaşmaq bizim üçün çətindir. Amma bunu etməliyik, çünki elit-raundda çıxış edəcəyimizdən, güclü komanda ilə üz-üzə gəlməliyik. Hər iki oyun çətin hava şəraitində keçdi. Oyun günü Maltada güclü külək əsirdi. Buna görə də istədiyimizi edə bilmədik. Külək birinci hissədə bizim, fasilədən sonra isə rəqibin qapısı istiqamətinə əsirdi. Belə havada oynamaq əlbəttə, çox çətindir.
 
- Yaş fərqini nəzərə alsaq, nəticəni komandanız üçün qənaətbəxş hesab etmək olarmı?
- Hər zaman qələbə qazanmaq istəyirik. Əminəm ki, normal şərtlər altında komandamız onları udmağa hazırdır. Nəticə pis olmasa da, qələbə qazanmaq imkanımız vardı. Ümumiyyətlə, biz özümüzə qarşı hər zaman tələbkar olmalıyıq.
 
- Avropa çempionatının ilkin seçmə mərhələsindən sonra futbolçuları ilk dəfə bir yerə topladınız. Nə kimi dəyişiklik hiss etdiniz?
- Yığma ilə klubların səviyyəsi eyni deyil. İlkin mərhələyə hazırlıq zamanı yüksəldiyimiz formanı son bir ayda saxlaya bilmədik. Beynəlxalq oyunla milli çempionat matçlarının səviyyəsi fərqlidir. Ona görə də milli komandanı bir yerdə saxlamalı, hər gün məşqlər keçməliyik. Bu çox vacibdir. Əks təqdirdə, futbolçuların hazırlıq səviyyəsi aşağı düşəcək.

- Bunu gündəlik məşqlərlə etmək çətindir. Beynəlxalq yoldaşlıq oyunlarının keçirilməsi vacibdir. Bununla bağlı planlarınız varmı?
- Elit-raunda qədər - əsasən, fevral və mart aylarında 3-4 beynəlxalq oyun keçirməyi planlaşdırmışıq.
 
- Elit-raundun püşkü atılıb. Yığmamızın yer aldığı qrupu necə dəyərləndirirsiniz?
- Qeyri-adi nəsə gözləmək də olmazdı. Çünki söhbət elit-raunddan gedir. Çətin qrupa düşmüşük. Futbolçulara hər zaman deyirəm ki, həyatda mümkünsüz heç nə yoxdur. Uelsdə keçirilən ilkin seçmə mərhələnin nəticəsi buna sübutdur. Təbii ki, Almaniya yığması qrupun aşkar favoritidir. Amma İrlandiya və Polşa komandalarına qarşı oynamaq olar. Biz ilkin mərhələdə Belçika yığmasının zəif çəhətlərini öyrəndik və bundan maksimum istifadə etdik. Bu dəfə də bunu etməyimiz mümkündür.

- 2016-17-ci ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb. Həmin qrup haqda nə düşünürsünüz?
- Öz ölkəmin - İspaniyanın - yığmasına qarşı oynamaq böyük bir motivasiya olacaq.  Ukrayna və Latviya komandaları ilə bir neçə dəfə qarşılaşmışıq. Necə oynadıqlarını bilirik. Bu qrupda bizim əsas rəqibimiz Ukrayna yığması olacaq. Mərhələ adlamaq üçün 6 xal toplamalıyıq. Qrup oyunlarının Bakıda keçirilməsi bizə kömək ola bilər. Çünki yad ölkədə oynamaqla doğma meydanda çıxış etmək fərqlidir.
 
- Elit-raunddan sonra yaşla əlaqədar olaraq heyətdə dəyişikliklər olacaq. Necə düşünürsüz, gedənlərin yerini doldurmaq üçün U-17 yığmamızda yetərli qədər perspektivli futbolçu varmı?
- Həqiqətən də, ən güclü nəsli itirəcəyik. Əksər oyunçularımız DÇ-2012-nin yetirmələridir. Onlar 3 ildir bu komandada çıxış edirlər. 1999-cu il təvəllüdlü futbolçulara gəldikdə, təcrübələri çox aşağıdır. Heyətdə perspektivli futbolçular var, amma onlarla çox işləmək lazımdır.
 
- Bəs əsas millinin yaradılması ilə bağlı necə, plan varmı?
- İşim futbolçuları daim hazır vəziyyətdə saxlamaqdır. AFFA nə zaman qərar versə, o zaman əsas milli yaradılacaq.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah