Neftçi Ramaldanovu yox, Əmirquliyevi istəyir
30 noyabr 2015 14:15
"Neftçi"nin yeni baş məşqçisinin adına dekabrın sonunda aydınlıq gələcək. Azerisport.az xəbər verir ki, paytaxt klubunun başbilənləri bunu gözləmədən artıq komandanı gücləndirmək üçün yeni futbolçuların axtarışına başlayıblar.
Bakılılar "Xəzər Lənkəran"dan ayrılması gözlənilən Rahid Əmirquliyevin xidmətində maraqlıdırlar. Amma tərəflər arasındakı danışıqların necə nəticələnəcəyi hələlik, bilinmir.
"Ağ-qaralar"ın bir neçə gün öncə "Xəzər Lənkəran"dan ayrılan Rasim Ramaldanovu da transfer edəcəyi bildirilirdi. Lakin klubdan aldığımız məlumata görə, onlar Rasimə heç bir dəvət göndərməyiblər və belə fikirləri də yoxdur. Çünki Ramaldanov onların tələblərinə cavab vermir.