Vəli Qasımov: Baş məşqçi postuna 15 namizədimiz var
30 noyabr 2015 13:30
"Neftçi"nin idman direktoru Vəli Qasımov komandaya yeni baş məşqçi axtarışlarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Baş məşqçi postuna namizədlərimiz var. Hələlik, onların adını açıqlaya bilmərəm. Çünki onlar indi sadəcə, namizəddirlər. Biz yeni baş məşqçi axtardığımızı elan edəndən sonra klubumuzu çalışdırmaq arzusunda olan mütəxəssislər az olmayıb. Hazırda 15 namizədimiz var. Şübhəsiz ki, onların hər biri əcnəbidir. Müxtəlf ölkələri təmsil edirlər. Analiz edirik. Dekabr ayında namizədlərin siyahısını Müşahidə Şurasına təqdim edəcəyik. Yeni baş məşqçi məhz həmin siyahıdan seçiləcək. İlin sonuna qədər yeni baş məşqçimiz bəlli olacaq".