Rahid Əmirquliyev Xəzər Lənkərandan gedəcəyi tarixi müəyyənləşdirdi
30 noyabr 2015 13:15
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyev klub rəhbərliyi ilə komandadan getməklə bağlı razılığa gəlib. Azerisport.az xəbər verir ki, o, cənub klubunun şərəfini bu ilin sonunadək qoruyacaq.
Dekabrın 20-də baş tutacaq ilin son oyunundan - "İnter"lə qarşılaşmadan sonra isə o, azad agent statusu alaraq, "Xəzər Lənkəran"dan rəsmən ayrılacaq.
Qeyd edək ki, klubda hazırda ciddi maliyyə problemləri yaşandığından, uzun illərdir cənub təmsilçisinin şərəfini qoruyan Rahid də "Xəzər Lənkəran"dan getmək məcburiyyətində qalıb.