Xəzər Lənkəran üsyançı oyunçularını yola salmağa hazırdır
30 noyabr 2015 13:00
Rasim Ramaldanov "Xəzər Lənkəran"dan ayrılan sonuncu futbolçu olmayacaq. Azerisport.az xəbər verir ki, ciddi maliyyə problemləri ilə üzləşən klubu bu qış daha bir neçə futbolçu tərk edəcək.
Klubdan aldığımız məlumata görə, Rahid Əmirquliyev, Tural Cəlilov, Sadio Tounkara və Adrian Skarlatake artıq komandadan getməyə hazırdır. Klub rəhbərliyi də Rasimdə olduğu kimi, bu futbolçulara güzəştə getməyə, müqaviləni qarşılıqlı razılıq əsasında ləğv etməyə hazırdır. Buna görə klub rəhbərliyi tezliklə futbolçularla danışıqlara başlayacaq.