Kəpəzin kubok oyunu üçün hazırlıq planı müəyyənləşdi
30 noyabr 2015 12:15
“İnter”lə Gəncədə keçirilən oyundan sonra “Kəpəz”in üzvləri iki günlük istirahətə buraxılıb. Azerisport.az xəbər verir ki, futbolçulara kubok oyunu öncəsi dincəlmək imkanı yaradan məşqçilər korpusu komandanı bu gün - noyabrın 30-da toplayacaq.
“Sarı-göylər”in məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq.
Dekabrın 1-də isə “Kəpəz” Lənkərana yollanacaq. Nizami yurdunun təmsilçisi Azərbaycan Kubokunun 1/8 final mərhələsində səfərdə “Xəzər Lənkəran”la üz-üzə gələcək. “Qala” otelində məşkunlaşacaq komanda oyunun reallaşacağı arenada həm gün matç öncəsi son məşqini də keçirəcək.
Xatırladaq ki, “Xəzər Lənkəran” – “Kəpəz” oyunu dekabrın 2-də keçiriləcək və saat 17:00-da başlayacaq.