Rüfət Dadaşov oynamadı, komandası darmadağına üzüldü
30 noyabr 2015 11:30
Almaniyanın Şimal-Şərq Regional Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Auerbax"la qarşılaşıb. Matç futbolçumuzun komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyət üzvü olmasına baxmayaraq, Rüfətin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.