Qarabağın rəqibi 3 qol vurub, 1 xal qazandı
30 noyabr 2015 11:15
Fransa çempionatında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Monako" da növbəti matçına çıxıb.
Knyazlıq təmsilçisi səfərdə Marsel "Olimpik"i ilə qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Monako" geridə qalan turlarda topladığı 24 xalla 7-ci pillədə qərarlaşıb.