Eddi İsrafilov oynamadı, Eybar Reala uduzdu
30 noyabr 2015 00:20
İspaniya La Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Madrid "Real"ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 0:2 hesablı məğlubiyyətlə üzləşib. İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Eybar" hazırda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.