Derlis Meza Kolli qışda Qəbələdən ayrılacaq
"Qəbələ"nin yarımmüdafiəçisi Derlis Meza Kollinin meneceri Kamil Məmmədov müştərisinin bu komandadakı durumunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Derlis bu qış "Qəbələ"ni tərk edəcək. O, indiki vəziyyətdə komandada qalmaq istəmir. Meza Kolli iki il ölkənin aparıcı klublarından olan "İnter"də çıxış etdi və komandanın aparıcı futbolçularından biri idi. Amma "Qəbələ"yə, onun baş məşqçisinə nə qədər böyük hörmətimiz olsa da, müştərimi bu komandada qazandığı oyun vaxtı qətiyyən qane etmir. O, belə münasibətə layiq deyil. Yəqin ki, baş məşqçinin də öz səbəbləri var. Ona görə bu barədə çox danışmaq istəmirəm. Fikrimcə, qışda klubla ümumi razılığa gələ biləcəyik. Derlis qışda komandanı tərk edəcək".
Qeyd edək ki, futbolçu bu klubla bir illik müqavilə imzalamışdı.