Millimizdən eyni rəqiblə eyni nəticə
28 noyabr 2015 17:00
Maltada təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Maltanın qadınlardan ibarət milli komandası ilə qarşılaşıb. Oyunda hesab açılmayıb - 0:0.
Bu komandalar arasında noyabrın 25-də keçirlmiş oyun da eyni hesabla başa çatmışdı.