Tobi Alderveyreld: Bakıda qələbəyə layiq idik
28 noyabr 2015 15:00
İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Tobi Alderveyreld Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri Bakıdakı görüşlə bağlı bunları söyləyib:
"Avrokuboklarda asan oyunlar olmur. "Qarabağ" bizə qarşı çox təşkilatlanmış oyun göstərdi. Amma biz görüşə nəzarəti əldə saxlamağı bacardıq. Xüsusilə də ikinci yarıda yaxşı çıxış etdik. Xeyli qol epizodundan yararlana bilmədik. Lakin qələbəyə layiq idik".