Neftçi - Qarabağ matçında orijinal formalar satışa çıxarılacaq
28 noyabr 2015 00:50
Ötən mövsüm “Neftçi”nin əsas heyət futbolçularının geyindiyi formalar satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, formaların qiyməti simvolikdir.
“Neftçi”nin yaranma tarixinə uyğun olaraq 19 manat 37 qəpik ödəməklə bu formaya sahib ola bilərsiniz. Formaların satışı 29.11.2015-ci il tarixində baş tutacaq “Neftçi” - “Qarabağ” matçından əvvəl stadiondakı səyyar satış məntəqəsində təşkil olunacaq.