Emin İmaməliyev: Qarabağın taleyinə Brüsseldə aydınlıq gələcək
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Emin İmaməliyev bu komandanın Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərə "Tottenhem"inə qarşı keçirdiyi oyunla (0:1) bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamız adlı-sanlı rəqibə qarşı pis oynamadı. Sadəcə, bir qədər bəxti gətirmədi. Əminliklə demək olar ki, "Qarabağ" rəqibindən qorxmadı. Məğlub olsa da, komandanın qrupdan çıxmaq şansı var. Bunun üçün Belçika "Anderlext"inə qalib gəlmək lazımdır. Asan olmayacaq. Çünki belçikalılar Bakıdakı məğlubiyyətin qisasını almağa çalışacaqlar. Bizi Fransa "Monako"sunun "Tottenhem"lə oyunda xal itirməsi də lazımdır. "Tottenhem"in son turda uduzacağına inanmıram. Ona görə də hər şeyə Brüsseldəki oyunda aydınlıq gələcək".