Millimizin sabiq futbolçusu 90 dəqiqə oynadı, komandası qalib gəldi
28 noyabr 2015 00:05
Türkiyə PTT 1-ci liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Elazığspor"la qarşılaşıb. Matç qazianteplilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Budaq sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 21 xalla 5-ci pillədə qərarlaşıb.