"Qəbələ ilə oyunda imkanları boşa verdik"
27 noyabr 2015 18:30
Yunanıstanın PAOK klubunun müdafiəçisi Giorgos Tsavellas Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (0:0) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Krasnodardakı oyunda "Borussiya"nın məğlub olması bizim qrupdan çıxmaq üçün nəzəri şansımızın da qalmadığını təsdiqlədi. "Qəbələ" ilə oyunda bir sıra qol şansını boşa verdik. Fikrimcə, futbolda psixologiya böyük önəm daşıyır. Futbolla məşğul olmayanlar bunu başa düşə bilməzlər. Şübhəsiz ki, avrokubok oyunu bizim və klubumuz üçün böyük əhəmiyyətə malikdir. Amma bu mövsüm bizdə uğur qazanmaq mümkün olmadı. Buna görə də çempionat oyunlarına köklənməliyik".