İqor Tudor: Qəbələ ilə hər iki oyunda bəxtimiz gətirmədi
Yunanıstanın PAOK klubunun baş məşqçisi İqor Tudor Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az sizi həmin fikirlərlə tanış edir.
- Evdə üç oyunun hamısında heç-heçəyə razılaşdınız. Belə çıxır ki, komandanız qrup mərhələsinə hazır deyildi?
- Bundan danışmaq istəmirəm. Futbolçularımdan gözlədiyim cavabı meydanda aldım. "Qəbələ" ilə yunda qol vurmaq üçün çox şansımız oldu. Sadəcə, onlardan yararlanmaq mümkün olmadı. "Qəbələ" çox yaxşı, güclü komandadır.
- Hələ də qələbə qazana bilməməyinizin səbəbi nədir?
- Buna ən çox bəxtsizlik səbəb oldu. Elə "Qəbələ" ilə oyunlar da daxil olmaqla, əksər görüşlərdə yaxşı təsir bağışlasaq da, qol vurmağı bacarmadıq. Halbuki, Bakıda da çoxlu qol imkanımız olmuşdu. Eyni sözləri "Borussiya" ilə oyuna da aid edə bilərəm.
- Berbatovu niyə əvəzlədiniz?
- Dimitar əvəzləndiyi üçün bir qədər narazı idi. Futbolda belə hallar olur. Artıq heç nə yox idi. Dörd gün əvvəl 90 dəqiqə oynamışdı. Ona görə də bir qədər yorğun idi.