Coşqun Diniyev: Tottenhem də bizim kimi, meydana 3 xal üçün çıxacaq
26 noyabr 2015 19:45
"Qarabağ"ın yarımmüdafiəçisi Coşqun Diniyev Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərənin "Tottenhem" klubuna qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Tottenhem"ə qalib gəlmək istəyirik. Amma onlar da buraya 3 xal üçün gəliblər. Bir şeyi bilirəm ki, bizi çox çətin oyun gözləyir. Rəqib qrupumuzun lideridir. Amma buna baxmayaraq, bizimlə görüşə arxayın çıxmayacaqlar. Xarici komandalar həmişə sonadək mübarizə aparırlar. Hətta oyun onlar üçün heç bir əhəmiyyət daşımayanda da".