PAOK-un müdafiəçisi Qəbələyə qarşı oynamağa hazırdır
26 noyabr 2015 19:00
Yunanıstanın PAOK klubunun müdafiəçisi Marin Leovaç Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində bu gün "Qəbələ"yə qarşı oynaya biləcək. Azerisport.az xəbər verir ki, o, uzun müddət idi zədə səbəbindən komandasına kömək edə bilmirdi.
Yunanıstan mətbuatının məlumatına görə, Leovaç indi də 90 dəqiqə oynamaq üçün 100 faiz hazır deyil. Amma lazım gələcəyi halda baş məşqçi İqor Tudor onu da meydana buraxa bilər.
Qeyd edək ki, PAOK - "Qəbələ" matçı bu gecə "Tumba" stadionunda keçiriləcək və saat 00:05-də start götürəcək.