Neftçi Qarabağla oyuna 2 itki ilə çıxacaq
26 noyabr 2015 16:00
"Neftçi" Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu bu görüşə iki itki ilə hazırlaşır.
Belə ki, "ağ-qaralar"ın düşərgəsində Anyete və Araz Abdullayev hələ də zədədən əziyyət çəkir. Onlar böyük ehtimalla Azərbaycan derbisində də forma geyə bilməyəcəklər.
Qeyd edək ki, bu iki klub arasındakı görüş noyabrın 29-da baş tutacaq.