Vəli Qasımov: Qarabağ yeni tarix yaza bilər
26 noyabr 2015 15:45
"Neftçi"in idman direktoru Vəli Qasımov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsindəki şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" Azərbaycan futbolunda yeni tarix yaza bilər. Onların qrupdan çıxmaq üçün yaxşı şansı var. "Tottenhem" Bakıya heç də ən güclü heyətlə gəlməyib. Ağdamlılar çempionatda sabit çıxış edirlər və hazırda yaxşı formadadırlar. Onlardan bu gün qələbə gözləyirəm. "Qəbələ" isə əksinə, son zamanlar sabit çıxış etmir. Elə Yunanıstandakı oyunda da bu komandaya çox çətin olacaq. İstənilən halda "Qəbələ" də Azərbaycanı təmsil edir və PAOK-a qalib gəlmələrini istərdim".