Qəbələ Yunanıstanda dəstəksiz qalmayacaq
26 noyabr 2015 15:30
"Qəbələ" Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstanın PAOK-u ilə səfər oyununda dəstəksiz qalmayacaq. Azerisport.az xəbər verir ki, təmsilçimizi təxminən 40 azarkeş dəstəkləyəcək. Onların da əksəriyyəti Yunanıstanda yaşayan həmyerlilərimizdir.
Qeyd edək ki, "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" matçı bu gecə saat 00:05-də start götürəcək.