Mahmud Qurbanov Qarabağa inanır, Qəbələyə yox
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin beşinci turunda qələbə qazanmaq şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın növbəti mərhələyə vəsiqə qazanmaq üçün yaxşı şansı var. Bunun üçün "Tottenhem"lə oyunda qələbə qazanıb, "Anderlext"lə görüşdə uduzmamaq yetərli ola bilər. İngiltərə klubu Bakıya yeddi aparıcı futbolçusunu gətirməyib. Bu, sözügedən rəqibə qalib gəlmək üçün daha bir əsas verir. Həm də "Qarabağ"dan qrup mərhələsində çıxış etməkdən daha artığı gözlənilir. Hansı ki, eyni sözləri "Qəbələ" barədə demək olmaz. Bu komandanın növbəti mərhələyə vəsiqə qazanması barədə danışmağa dəyməz. Amma bu, o demək deyil ki, onların heç bir şansı qalmayıb. Ən azından son oyunlarda heç-heçə edib, xal ehtiyatını yaxşılaşdırmaq olar. "Qəbələ" hazırda heç də yaxşı günlərini yaşamır. Ona görə də Yunanıstandakı heç-heçə komandada özünəinamı geri qaytara bilər".